"Bavariya"nı "Əl-Hilal"a dəyişmək istəyir

21:33 - 26 İyul 2026

“Bavariya” aparıcı futbolçularından birini itirə bilər.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Luis Diaz Almaniyanı Səudiyyə Ərəbistanına dəyişəcək.

“Əl-Hilal” kolumbiyalı futbolçuya yüksək məvacib verəcək. Diaz da bu təklifdən imtina etmək istəmir. Ərəblər Diaz üçün “Bavariya”ya təzminat da ödəyəcək.

Kolumbiya millisinin üzvünün “Bavariya” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Onun transfer məbləği 70 milyon avrodur.

Diaz “Barrankilla”, “Junior”, “Porto” və “Liverpul”da oynadıqdan sonra “Bavariya”ya keçib.
 

Xəbər xətti