"Bayer"in futbolçusu Kərim Alaybeqoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" Bosniya və Herseqovina millisinin üzvünü transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London nəhəngi 18 yaşlı vinger üçün Almaniya klubuna 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kərim Alaybeqoviç "Bayer"in yetirməsidir. Leverkuzen təmsilçisi gənc oyunçunu 2025-ci ilin yayında "Zaltsburq"a 2 milyon avroya satdıqdan sonra bu il 8 milyon avro qarşılığında geri qaytarıb. Futbolçu 2025/26 mövsümündə Avstriya klubunun heyətində meydana çıxdığı 44 rəsmi matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
