PSJ-nin baş məşqçisi Luis Enrike qarşıdakı illərdə də komandanı idarə etməyə davam edəcək.
Sportal.az xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.
56 yaşlı mütəxəssis Paris nəhəngi ilə yeni müqavilənin təfərrüatları barədə razılığa gəlib. Məşqçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədər hesablanacaq və rəsmi imzalanma mərasimi yaxın gələcəkdə baş tutacaq.
Xatırladaq ki, Luis Enrike PSJ-yə 2023-cü ilin yayından başçılıq edir. Parislilər ispaniyalı çalışdırıcının rəhbərliyi altında üç dəfə Liqa 1 və Fransa Superkubokunu, iki dəfə UEFA Çempionlar Liqası və Fransa Kubokunu, həmçinin bir dəfə UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıblar.
saytlarin hazirlanmasi
