"Sabah" klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri – "Orxus" (Danimarka) və "Lex" (Polşa) II təsnifat mərhələsinin ilk oyununu keçiriblər.
Sportal.az xəbər verir ki, Danimarkanın Randers şəhərində baş tutan qarşılaşma Polşa təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu 29 iyul tarixində Poznan şəhərində keçiriləcək.
Xatırladaq ki, “Sabah” II təsnifat mərhələsinin ilk matçında öz meydanında Finlandiyanın "KuPS" komandasını 1:0 hesabı ilə məğlub edib. “Sabah” və “KuPS” cütünün qalibi növbəti mərhələdə “Lex” – "Orxus" cütünün qalibi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
