"Mançester Siti"nin 2 futbolçusu da müqavilələrini daha 5 il uzadacaqlar

23:20 - 22 İyul 2026

Abdukodir Xusanov və Jeremi Doku "Mançester Siti" ilə müqavilələrini 2031-ci ilin yayına qədər uzadacaqlar.

Sportal.az xəbər verir ki, hər iki futbolçu klubun təklif etdiyi yeni şərtləri qəbul edəcək. Gözlənilir ki, “Mançester Siti” əvvəlcə Özbəkistan millisinin müdafiəçisi Xusanovun, daha sonra isə belçikalı cinah oyunçusu Dokunun yeni müqaviləsini rəsmən açıqlayacaq.

Xusanov 2025-ci ilin qışından etibarən “Mançester Siti”də çıxış edir. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 21 oyun keçirib.

Doku isə 2023-cü ildən “şəhərlilər”in formasını geyinir. O, ötən mövsüm Premyer Liqada 30 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər xətti