Portuqaliyalı məşqçi Serjio Konseysao Belçika milli komandasının baş məşqçi postuna əsas namizəddir.
Sportal.az Belçika mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı məşqçinin nümayəndələri və Belçika Futbol Assosiasiyası (RBFA) artıq ilkin danışıqlar aparıblar, lakin hələlik birbaşa dialoq baş tutmayıb.
Konseysaonun Mark van Bommel ilə birlikdə Belçika milli komandasının vəzifəsinə əsas namizədlərdən biri olduğu bildirilir.
Qeyd edək ki, belçikalılar Rudi Qarsiyanın başa çatan müqavilə müddətini yeniləməyib və hazırda yığma komandanın baş məşqçi postu boşdur.
saytlarin hazirlanmasi
