Ötən mövsümün əvvəlində “Araz-Naxçıvan”ın transferlərindən biri Bar Kohen olmuşdu.
Azərbaycan klubuna böyük ümidlərlə cəlb edilmiş israilli burada özünü heç cürə göstərə bilmədi.
Sportal.az xəbər verir ki, yayda Naxçıvan təmsilçisi 25 yaşlı yarımmüdafiəçini yola saldı. O, artıq özünə komanda tapıb. Kohen “İroni Tiberias”la anlaşıb.
İsrailli “Makkabi”(Tel-Əviv), “Hapoel Hayfa”, “Beytar”, “Makkabi”(Netanya) klublarında çıxış edib.

