Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Rakov” klubuna keçidi rəsmiləşib.
Sportal.az xəbər verir ki, Ekstraklasa təmsilçisi 29 yaşlı hücumçunu 1 illik icarəyə götürüb. "Rakov" mövsümün sonunda azərbaycanlı oyunçunu almaq hüququna malikdir. Emreli artıq klubla rəsmi müqavilə imzalayıb.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın “Kayzerslautern” klubuna məxsusdur.
saytlarin hazirlanmasi
