Bundesliqa klubunda 32 milyon avroluq transfer

17:47 - 17 İyul 2026

Almaniyanın "Leyptsiq" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Bundesliqa klubu "Börnli"dən Maksim Estevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Leyptsiq" fransalı futbolçu üçün İngiltərə klubuna bonuslarla birlikdə 32 milyon avro təzminat ödəyəcək. 24 yaşlı mərkəz müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Maksim Estev 2025/26 mövsümündə "Börnli"nin heyətində Premyer Liqada 34 matçda meydana çıxıb.

Xəbər xətti