Milli komandanın baş məşqçisi ilə yollar ayrıldı

19:44 - 15 İyul 2026

Haiti milli komandasının DÇ-2026-dakı çıxışından sonra baş məşqçi Sebastyan Minye ilə əməkdaşlıq başa vurulub.

Sportal.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Tərəflər müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmək qərarına gəliblər.

​53 yaşlı fransalı mütəxəssis milli komandaya 2024-cü ildən rəhbərlik edirdi. O, Haiti yığmasını son 52 ildə ilk dəfə mundiala çıxarmaqla adını yerli futbol tarixinə yazdırıb.

Xəbər xətti