"Əgər "Barselona"dan getməyimi istəsələr, gedəcəyəm"

18:58 - 15 İyul 2026

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado klubdakı gələcəyi barədə danışıb.

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu rəhbərliyin qərarını gözlədiyini bildirib:

"Əgər "Barselona"da getməyimin daha yaxşı olacağını hesab etsələr, qoy elə də olsun. Həmişə komandaya və kluba kömək etmək istəmişəm. Yeganə istəyim budur. Əlimdən gələni edirəm. ​Əgər məndən getməyimi istəsələr, gedəcəyəm".

Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirilməsidir. İspaniyalı dayaq yarımmüdafiəçisi 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti