Mahir Emreli üçün növbəti təklif - İsrailə yollana bilər

11:49 - 14 İyul 2026

Azərbaycan millisinin forvardı Mahir Emreli yeni mövsümlə bağlı hələ də qərarsızdır.

Sportal.az saytına verilən məlumata görə, millimizin üzvünə növbəti təklif gəlib.

İsrailin “Makkabi”(Hayfa) klubu Almaniyanın "Kayzerslautern" klubunda oynayan azərbaycanlıya ciddi maraq göstərir.

Hayfa klubu hələlik rəsmi dəvət göndərməyib. Lakin tezliklə danışıqlara start veriləcək. 

Azərbaycan millisinin hücumçusunun Almaniya klubu ilə müqavilə müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.  
 

Xəbər xətti