"Sabah" mərhələ adlayarsa, Finlandiya klubu ilə qarşılaşacaq

22:18 - 14 İyul 2026

Bu gün Çempionlar Liqasının təsnifat mərhələsinin birinci turunun oyunlarının cavab görüşləri keçirilir.

Sportal.az xəbər verir i, 2-ci təsnifat mərhələsində “Sabah”ın mümkün rəqiblərindən olan KuPS (Finlandiya) "Vardar"la (Şimali Makedoniya) qarşılaşıb.

Finlandiyanın Kuopio şəhərində keçirilən oyun Finlandiya komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, KuPS ilk oyunu ümumi hesabla  (4:3) hesabı ilə qazanaraq növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, "Sabah" ilk turun ilk oyununda evdə Uels təmsilçisi TNS-ni 2:0 hesabı ilə məğlub edib.
 

Xəbər xətti