"Beşiktaş"dan ayrılan qapıçı ərəblərlə anlaşdı

12:40 - 13 İyul 2026

"Beşiktaş"dan ayrılan Ersin Destanoğlunun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, türkiyəli qolkiper karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Destanoğlu "Əl-Cəzirə" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qapıçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Ersin Destanoğlu 2025/26 mövsümündə "Beşiktaş"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda qapısında 34 qol görüb.

Xəbər xətti