"Real" Vinisiusla razılığa gələcəyinə əmindir

00:53 - 12 İyul 2026

"Real" rəhbərliyi Vinisius Juniorla yeni müqavilə imzalanacağına şübhə etmir.

Sportal.az xəbər verir ki, daha əvvəl tərəflərin futbolçunun məzuniyyəti başa çatdıqdan sonra görüş keçirəcəyi və məsələni mövsümöncəsi hazırlıq başlamazdan əvvəl həll etməyə çalışacağı bildirilmişdi.

"Marca" nəşrinin məlumatına görə, Madrid klubunda vəziyyətə tam sakit yanaşırlar və bütün tərəfləri qane edəcək razılığın əldə olunacağına əmindirlər.

Vinisiusun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

Braziliyalı hücumçu ötən mövsüm La Liqada 36 oyunda 16 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti