Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

23:16 - 11 İyul 2026

Paolo Maldini İtaliya Futbol Federasiyasında (FIGC) fəaliyyət göstərəcək.

Sportal.az xəbər verir ki, “Milan”ın sabiq müdafiəçisi federasiyanın texniki direktoru vəzifəsinə təyin olunub. Onun müqaviləsi 4 il müddətinə nəzərdə tutulub.

Eyni zamanda, “Milan” və PSJ-nin sabiq idman direktoru Leonardo federasiyada müşavir vəzifəsini tutub. Maldini və Leonardo İtaliya millisinin yeni baş məşqçisinin seçilməsi prosesinə rəhbərlik edəcəklər.

Xatırladaq ki, İtaliya yığması 2026 dünya çempionatının seçmə mərhələsini keçə bilməyib və ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb.

Xəbər xətti