Azərbaycan millisinin üzvü Toral Bayramov "Bursaspor"u tərk edə bilər.
Sportal.az xəbər verir ki, o, karyerasını Superliqa təmsilçisi "Eyüpspor"da davam etdirmək şansına sahibdir.
Bu məlumatı Türkiyə mətbuatı yayıb. İddiaya görə, Bayramov "Bursaspor"dan "Eyüpspor"a icarəyə yollana bilər.
Qeyd edək ki, 25 yaşlı futbolçu "Bursaspor"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
