"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes "Mançester Siti"yə keçməyə yaxındır.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Argentinalı futbolçu "şəhərlilər" düşərgəsinə keçməyə razılıq verib. "Mançester Siti" rəhbərliyi hazırda London klubuna futbolçunun transferi ilə bağlı rəsmi təklif hazırlayır.
Daha əvvəl KİV-də "mavilər"in 25 yaşlı oyunçunun satışından təxminən 140 milyon avro (120 milyon funt-sterlinq) əldə etmək istədiyini bildirilirdi.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Entso Fernandes ötən mövsüm "Çelsi"nin heyətində 54 qarşılaşmada iştirak edib, 15 qola və 7 məhsuldar ötürməyə imza atıb.
saytlarin hazirlanmasi
