"Xankəndi" kamerunlu hücumçu transfer etdi

14:30 - 25 Avqust 2026

"Xankəndi" Futbol Klubu yeni hücumçu transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Kristian Kamta Fokunu heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı kamerunlu forvard ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kristian Kamta Fokunun son klubu Azərbaycanda "Difai" olub.

Xəbər xətti