"Sabah" "Hapoel"ə qarşı - YENİLƏNİR

09:56 - 25 Avqust 2026

Bu gün UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin pley-offunda cavab görüşləri keçiriləcək.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça 20:45-də start veriləcək.

Qeyd edək ki, Buxarestdə keçirilmiş ilk görüşdə "Hapoel" 2:1 qalib gəlmişdi. 

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

20:45. “Sabah” – “Hapoel” (Beer-Şeva)
İlk oyun – 1:2.

Xəbər xətti