Almaniya Superkubokunun qalibi bəlli oldu - 12-ci dəfə

00:58 - 23 Avqust 2026

"Bavariya"  Almaniya Superkubokunu 12-ci dəfə qazanıb.

Sportal.az xəbər verir ki, Vinsent Kompaninin rəhbərlik etdiyi komanda finalda Dortmund "Borussiya"sını 2:1 hesabı ilə məğlub edib və öz rekordunu yeniləyib.

“Bavariya” bu göstəricidə ən yaxın izləyicisi olan Dortmund klubundan artıq 6 titul öndədir.

Qeyd edək ki, bu, “Bavariya”nın Kompani ilə ardıcıl ikinci Superkubok qələbəsidir.

Xəbər xətti