"Tvente"nin futbolçusu: "Qarabağ"ın qol epizodları çox deyildi"

18:47 - 22 Avqust 2026

"Tvente"nin müdafiəçisi Bart van Rooy Konfrans Liqası pley-offunun ilk oyununda Enşededə “Qarabağ”a 1:0 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirib. 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan niderlandlı futbolçu Bakıdakı cavab görüşündə uğurlu nəticəyə inandıqlarını deyib:

“1:0 hesabı ilə uduzmaq məyusedicidir. Yaxşı oynayırdıq və matçı da yaxşı iştirak edirdik, amma bu səviyyədə tez-tez belə olur: hər şeyin nəzarət altında olduğunu düşünürsən, sonra isə birdən topu öz qapında görürsən. “Qarabağ”ın qol epizodları çox deyildi, amma birini vurdular. Biz isə qapıya düşə bilmədik. Matçın sonlarına yaxın tempi artırmağa çalışdıq. Sonra isə fürsətlər yaratdıq. Ümid edirəm ki, Bakıdakı görüşün ilk dəqiqələrində bunu göstərə biləcəyik. “Qarabağ”la ilk görüşdə çoxlu fürsətimiz var idi. İlk oyundakı məğlubiyyətə görə panikaya düşmək lazım deyil, Bakıda həlledici matç olacaq”.
 

Xəbər xətti