"Şamaxı"nın müdafiəçisi: "Qarabağ"a ikinci qolu da vura bilərdik"

14:22 - 22 Avqust 2026

"Şamaxı"nın müdafiəçisi Emin Rüstəmov Misli Premyer Liqasının 1-ci turunun “Qarabağ”a 1:3 hesablı məğlubiyyətini şərh edib.

Sportal.az saytına açıqlama verən azərbaycanlı futbolçu yüksək yerlər uğrunda oynamaq istədiklərini bildirib:

"Çətin oyun alındı. Rəqibimiz "Qarabağ" olduğundan bu, təəccüblü deyil. Buna baxmayaraq, düşünürəm ki, onlara qarşı yaxşı oynadıq. “Qarabağ”ı məğlub edə, hətta heç-heçə edə bilərdik. Bir sıra səhvlərdən sonra qol buraxsaq da, belədir. Buna baxmayaraq, ruhdan düşmədik. Hesabı bərabərləşdirdik, hətta ikinci qolu da vura bilərdik. İlk oyun üçün yaxşı olduğunu düşünürəm.

Ümumi hədəfimizə gəldikdə, yaxşı futbol oynamaq və yüksək yer uğrunda mübarizə aparmaq istəyirik. Yaxşı oyunlarla bərabər uğurlu nəticələr əldə edəcəyik".
 

Xəbər xətti