Atletikonun məşq bazasının yaxınlığında Xulian Alvaresi klubu tərk etməyə çağıran plakatlar peyda olub.
Sportal.az xəbər verir ki, onlardan birində "Xulian - rədd ol" sözləri yazılıb və argentinalı futbolçunun çıxış etdiyi 19 nömrənin üstü xətlənib.
Bu, azarkeşlərin argentinalı hücumçuya narazılıq göstərdiyi ilk hal deyil. "Malaqa"ya qarşı La Liqa matçının (2:0) final fitindən sonra fanatların bir hissəsi Alvaresi fitə basıb.
Gərgin vəziyyətin səbəbi 26 yaşlı futbolçunun gələcəyi ilə bağlı qeyri-müəyyənliyin qalmasıdır. Daha əvvəl Alvaresin klubu dəyişmək istədiyi və "Barselona"ya keçməyi arzuladığı bildirilmişdi. Eyni zamanda, "Atletiko" rəhbərliyi öz liderini rəqibinə buraxmaq fikrində deyil.
Xulian ALvares ötən mövsüm La Liqada 29 matç keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
