"Barselona" "Çelsi"dən 80 milyon avro tələb edir

14:11 - 20 Avqust 2026

"Çelsi" "Barselona"nın müdafiəçisi Jül Kundeni transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "ElNacional" məlumat yayıb.

İspaniya çempionu fransalı futbolçunu yalnız bir şərtlə sata bilər. Belə ki, onlar 27 yaşlı sağ cinah müdafiəçisi üçün 80 milyon avro tələb edirlər.

Qeyd edək ki, "Barselona" Jül Kundeni 2022-ci ilin yayında "Sevilya"dan 50 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı  47 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti