Rusiyalı futbolçu "Qalatasaray"da - RƏSMİ

22:40 - 20 Avqust 2026

Türkiyə Futbol Federasiyası Aleksey Batrakovun “Qalatasaray”a transferini rəsmən qeydiyyata alıb.

Sportal.az xəbər verir ki, Rusiya millisinin və “Lokomotiv”in yarımmüdafiəçisi bu gün transferi tamamlamaq üçün İstanbula gəlib. Daha əvvəl tibbi müayinədən də uğurla keçmişdi.

Federasiyanın məlumatlarına əsasən, 21 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsi bu gündən qüvvəyə minib və 30 iyun 2031-ci ilədək davam edəcək.

Beləliklə, Batrakovun “Lokomotiv”dən “Qalatasaray”a keçidi artıq rəsmi olaraq tamamlanıb.

Xəbər xətti