"Sabah"ın qoluna hazır idik" - "Hapoel"in baş məşqçisi

03:54 - 20 Avqust 2026

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Hapoel” (Beer-Şeva) doğma meydanda "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında İsrail təmsilçisinin baş məşqçisi Ran Kojuk matç haqda bunları qeyd edib:

"Qələbə qazansaq da, bu, yalnız mübarizənin yarısıdır. Futbolçuların oyunundan razıyam. Meydanda çox çalışdılar. “Sabah”ın qoluna hazır idik. Rəqib topla yaxşı oynayan kollektivdir. Ötürmə vaxtı səhv etdik və onlar da bundan yararlandılar. Rəqibi qiymətləndiririk. Səfərdə də yaxşı oyun göstərmək istəyirik”.

Xəbər xətti