"Barselona" Qahirənin "Əl-Əhli" klubunu 2:1 hesabı ilə məğlub edərək Qamper Kubokunun qalibi olub.
Sportal.az xəbər verir ki, oyun "Kamp Nou" stadionunda keçirilib.
Joan Qamper Kuboku hər il "Barselona" tərəfindən təşkil olunan yoldaşlıq turniridir. 1997-ci ildən etibarən turnir bir matçdan ibarətdir. "Barselona" bu kuboku tarixində 48-ci dəfə qazanıb.
saytlarin hazirlanmasi
