"Hapoel”in (Beer-Şeva, İsrail) baş məşqçisi Ran Kojux Rumıniyanın Buxarest şəhərində "Sabah"a qarşı ilə keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az “ONE” nəşrinə istinadən xəbər verir ki, israilli mütəxəssis “Sabah” haqda da danışıb:
"Qarşıdan gələn pley-off matçı, şübhəsiz ki, məşqçi kimi mənim üçün vacib andır, klub üçün də həmçinin vacib oyundur. Nəticədə, "Sabah" yeni rəqibdir və biz ona digər oyunlar kimi hazırlaşırıq. "Sabah"ın oyunlarını izləyərkən, rəqibləri top və standart zərbələrlə necə cəzalandırmağı bilən və çox yüksək keyfiyyətli, sürətli komanda kimi gördüm. Yaxşı hazırlanmış komandadır".
Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.
saytlarin hazirlanmasi
