"Sabah"ın müdafiəçisi: "Bakıda rahat mübarizə aparsaq, mərhələ keçə biləcəyik"

21:22 - 20 Avqust 2026

"Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov İTV-yə açıqlama verib.

Sportal.az xəbər verir ki, o, komandasının Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda "Hapoel"ə (Beer-Şeva)(2:1) məğlubiyyəti şərh edib:

"Təbii ki, uğurlu nəticə qazanmaq istəyirdik. "Hapoel"lə görüşdə məğlub olmağımıza baxmayaraq, oyun yaxşı keçdi. Komanda olaraq əlimizdən gələni etdik. "Hapoel" də yaxşı komandadır. Onlar nə istədiyini bilən kollektivdir. Amma bizim hansısa həyəcanımız yox idi. Sadəcə xırda səhvlərdən və bir də, bəxtsizlikdən qollar buraxdıq. Fikrimcə, rəqib iki dəfə bəxt sayəsində qol vurdu. Hər halda, Bakıda rahat mübarizə aparsaq, həmişəki "Sabah"ı göstərsək, yaxşı nəticə göstərib, mərhələ keçə biləcəyik. Hazırlaşacağıq.
 
Əlbəttə, rəqibi analiz edəcəyik. Məncə, bacaracağıq, özümüzə inanıram. Azarkeşlərə də səslənirəm ki, stadiona gəlsinlər, dəstək olsunlar. Öz millətimin, xalqımın qarşısında, öz ölkəmizdə çıxış edəcəm. Allah qoysa, qələbə qazanaraq, xalqımızı sevindirərik".

Xəbər xətti