Fransa millisinin hücumçusu "Atletiko"ya keçə bilər

21:47 - 20 Avqust 2026

Fransa milli komandasının və “Kristal Pelas”ın hücumçusu Jan Filip-Mateta İspaniyaya yollana bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 29 yaşlı forvard “Atletiko”nun maraq dairəsindədir. Madrid təmsilçisi fransız futbolçu üçün qarşı tərəflə danışıq aparır. Matetanın “Kristal Pelas”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, bir müddət əvvəl “Fənərbaxça” və “Beşiktaş”ın təklifini geri çevirmişdi. Mateta “Şatoru”, “Lion”, “Maynts” klublarının formasını geyinib.

Xəbər xətti