"Mançester Siti"nin futbolçusu Savinyo İngiltərə Premyer Liqasında klubunu dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Tottenhem" braziliyalı vingeri transfer etmək üzrədir. Bu barədə "Gee Globo" nəşri məlumat yayıb.
22 yaşlı oyunçunun keçidinin təxminən 100 milyon avroya başa gələcəyi bildirilir.
Qeyd edək ki, "Mançester Siti" Savinyonu 2024-cü ilin yayında Fransanın "Trua" klubundan 25 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "şəhərlilər"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
