Rodri “Mançester Siti”dən “Barselona”ya keçidini şərh edib.
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi açıqlamasında bunları qeyd edib:
“Bu, çox özəl gündür, karyeramda yeni və çox vacib bir fəsildir. Bu, çətin qərar idi. İlk növbədə, mənə hər şeyi verən və özümü son dərəcə xoşbəxt hiss etdiyim “Mançester Siti”dən ayrılmaq asan deyildi. Mən onlara həmişə minnətdar olacağam. Bu addımı atmaq üçün doğru zamanın yetişdiyini başa düşdüklərinə görə onlara təşəkkür etməliyəm.
“Barselona” ən böyük klubdur, futbola yanaşması və təmsil etdiyi dəyərlərə görə dünya futbolunda etalondur. Başqa variantlarım da var idi, amma “Barselona” mənim üçün bir nömrə idi və mən bunu Laporteyə də dedim.
Təkliflər gələndə ilk addım hazırkı klubdakı mərhələnin başa çatdığını və artıq yeni yol axtarmağın vaxtının gəldiyini anlamaqdır. Bunu dərk etmək üçün mənə vaxt lazım oldu. Bu, indiyədək çıxış etdiyim ən özəl klub idi. Hər şeyi araşdırdım və təhlil etdim. Ailəmlə və dostlarımla birlikdə ən doğru hesab etdiyimiz qərarı qəbul etdik. Mənim qərarlarım həmişə idmanla bağlı yeni çağırışlarla əlaqəli olub".
saytlarin hazirlanmasi
