Azərbaycan UEFA Çempionlar Liqasında təmsilçisi "Sabah" bu gün ilk pley-off matçını keçirib. Paytaxt klubu Rumıniyada İsrailin “Hapoel" Beer-Şeva" kollektivinin qonağı olub. Təmsilçimiz hesabı açsa da, sonradan 2 qol buraxaraq məğlub olub.
Sportal.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirib:
"Hapoel"i qələbələsi münasibəti ilə təbrik edirəm. Oyuna qolla başlasaq belə, rəqib önə keçməyi bacardı. Həqiqətən də keyfiyyətli komandadır. Daha çox vertikal oynayırdılar. Oyun ritmini qorumağa çalışırdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar.
Sürüşkən hesab olduğu üçün şansımız var. "Orhus"a da bu hesabla uduzmuşduq. Lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik".
saytlarin hazirlanmasi
