"Roma" 25 milyonluq transferə hazırlaşır

10:35 - 18 Avqust 2026

“Roma” 19 yaşlı yarımmüdafiəçi Rodriqo Moranın transferi üçün “Porto” ilə şifahi razılığa gəlib.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, müqavilənin dəyəri 25 milyon avrodur. Müqaviləyə 50% təkrar satış payı və oyunçunun hüquqlarının 100 faizini almaq opsiyası daxildir. Sənədlər artıq "Porto"nun prezidenti Andre Villas-Boaş tərəfindən imzalanıb.

Portuqalın hazırkı komandası ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. “Porto”nun yetirməsinin adı “Milan”, “Qalatasaray” və “Barselona” ilə də hallanırdı.

Xəbər xətti