"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, çempion "Qalatasaray" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
İstanbul nəhəngi portuqaliyalı futbolçu üçün Premyer Liqa klubuna bonuslarla birlikdə 50 milyon avro ödəməyə hazırdır. "Qalatasaray" 30 yaşlı hücumameyilli yarımmüdafiəçinin özünə isə indiki klubunda aldığı maaşını iki qatını təklif edəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvarında "Sportinq"dən 65 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 9 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
