"Barselona" hələ Lautaro Martinesin transferi ilə bağlı heç bir təklif irəli sürməyib.
Sportal.az xəbər verir ki, Xulian Alvaresin "Atletiko"dan transferinin mümkünsüz olması səbəbindən Kataloniya klubu alternativ variantlara yönəlib. Bu variantlar arasında əsas namizəd "İnter"in argentinalı hücumçusunun transferidir.
Hələlik nə "Barselona" nümayəndələri, nə də futbolçunun agentləri Milan klubuyla əlaqə saxlayıb. "İnter"də isə Lautaronun satılmayacağı düşünülür.
Martines ötən mövsüm A Seriyasında 30 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
