Niderland millisinin üzvü "Borussiya"da - RƏSMİ

17:14 - 18 Avqust 2026

Almaniyanın "Borussiya" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi PSV-dən Coui Vermanı transfer edib. Bu barədə klubun mətbuat xidnməti məlumat yayıb.

"Borussiya" niderlandlı yarımmüdafiəçi üçün Eyndhoven klubuna 22 milyon avro təzminat ödəyib. 27 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Coui Verman 2025/26 mövsümündə PSV-nin heyətində meydana çıxdığı 41 rəsmi matçda 8 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti