"İmişli"nin müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 1-ci turunda səfərdə "Araz-Naxçıvan"la (0:0) bərabərə qalmasını şərh edib:
"Mövsümün ilk oyunu həmişə ağır olur. Xüsusilə də komandalar tam formada olmur. Çətin oyun keçdi. Həm rəqibin, həm də bizim qol epizodlarımız var idi. Qələbə qazana da bilərdik, məğlub da ola bilərdik. Bəlkə də sonda heç-heçə ən yaxşı nəticə idi. "Araz-Naxçıvan"da iki il oynamışam. Orada çox gözəl insanlarla tanış oldum, yaxşı dostlar qazandım və gözəl mövsümlər keçirdim. Avropa Liqasında oynamaq şansım da oldu. Bu komandada çoxlu xoş xatirələrim qalıb. Amma bu gün artıq rəqib idik və yeni komandamın qələbəsi üçün əlimdən gələni edirdim. Bəlkə də ilk oyun olduğu üçün meydanda daha istəkli görünürdüm. Çalışacağam ki, mövsüm boyu çıxışlarım yaxşı olsun".
Həsənalızadənin 2026/2027 mövsümlə bağlı gözləntisini də deyib: "Açığı, hələlik geniş heyətimiz yoxdur və yeni oyunçulara ehtiyacımız olacaq. Mövsüm uzun marafondur. İlk turdan futbolçumuz zədələndi. Belə hallardan rahat çıxmaq və mövsüm boyu mübarizə aparmaq üçün heyətimizin geniş olması vacibdir. Bu məsələlərlə məşqçi heyəti və rəhbərlik maraqlanır. İnşallah, tezliklə heyətimiz də genişlənər".
Mirbağırağa
saytlarin hazirlanmasi
