Portuqaliyalı "Qalatasaray"a bu yay keçməyəcək

10:59 - 18 Avqust 2026

"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeşin "Qalatasaray"a keçidi bu yay reallaşmayacaq.

Sportal.az " A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalının Türkiyə çempionu ilə anlaşacağı gözlənilirdi.

Lakin Fernandeş bu yay Mançester klubunda qalmağa üstünlük verib. 31 yaşlı futbolçunun "qırmızı şeytanlar"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. 

"Qalatasaray" onun keçidini qarşıdakı mövsümün əvvəlində reallaşdırmağa çalışacaq.

Xəbər xətti