"Real"ın qapıçısı "Yuventus"a keçə bilər

11:55 - 16 Avqust 2026

“Real”ın qapıçısı Andrey Lunin karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, “Yuventus” ukraynalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Lakin qapıçının özünün Madrid klubunu tərk etmək istəyi yüksək deyil. 27 yaşlı futbolçunun “Real”la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Ukraynalı “Dnepr”, “Zorya”, “Leqanes”, “Valyadolid”, “Ovyedo” klublarının qapısını qoruyub.

Xəbər xətti