"Napoli" "Çelsi"nin futbolçusunu icarəyə götürmək istəyir - 3 + 1 milyon avro bonus

00:10 - 14 Avqust 2026

“Napoli” Benoît Badiaşileni “Çelsi”dən icarəyə götürmək barədə razılığa gəlib.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, klublar arasında şifahi razılaşma əldə olunub. İcarənin dəyəri 3 milyon avro + 1 milyon avro bonus, satınalma opsiyası isə 27 milyon avro olacaq.

“Napoli” 25 yaşlı müdafiəçinin maaşını da tam şəkildə qarşılayacaq. Badiaşile ötən mövsüm Premyer Liqada “Çelsi”nin heyətində 8 oyunda iştirak edib və 2 sarı vərəqə alıb. Transferin sənədləşdirilməsi və rəsmiləşdirilməsi gözlənilir.

Xəbər xətti