Messi oynadı, komandası yenə uduzdu - VİDEO

09:18 - 13 Avqust 2026

Lionel Messinin formasını geyindiyi "İnter Mayami" Liqalar Kubokunda növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, MLS təmsilçisi Meksikanın "Leon" klubuilə üz-üzə gəlib.

Bu matçda meksikalılar 3:2 qələbə qazanıb.

Messi görüşün ikinci hissəsində meydana daxil olub.

"İnter Mayami" Liqalar Kubokunda keçirdiyi üç matçda da uduzub və aktivində xal yoxdur.

Onlar 18 kollektiv arasında 16-cı pillədədir. 

Xəbər xətti