İngiltərənin "Fulhem" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sauthempton"dan Şi Çarlzı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London klubu şimali irlandiyalı futbolçu üçün 30 milyon avro təzminat ödəyib. 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Şi Çarlz 2025/26 mövsümündə 38 rəsmi matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
