"Qəbələ" Premyer Liqada rəqabət aparmağa hazırdır" - ispan legioner

12:47 - 11 Avqust 2026

“Qəbələ”nin futbolçusu Xayme Sierra Sportal.az saytına açıqlama verib.

O, komandasının hazırlığından bəhs edib: "Ümumilikdə hazırlıq prosesi yaxşı keçir. Komandaya çoxlu yeni futbolçular qoşulub və hamının mümkün qədər tez uyğunlaşması üçün çalışırıq. Hesab edirəm ki, indiyədək gördüyümüz işlər müsbət nəticə verir. Hər şey qaydasında gedir".

İspan yarımmüdafiəçi komandasının mövsümə "Turan Tovuz" səfəri ilə başlamasından da danışıb: "Turan Tovuz” çox güclü komandadır və yaxşı baş məşqçisi var. Ötən mövsüm də gördük ki, onlar çox az qol buraxırdılar. Buna baxmayaraq, biz öz oyun üslubumuzla meydana çıxacağıq. Məqsədimiz səfərdən 3 xalla qayıtmaqdır. Bunun üçün isə əlimizdən gələni edəcəyik".

Sierra komandasının yeni mövsümə hazır olub-olmaması barədə də fikirlərini bilidirb: "Düşünürəm ki, "Qəbələ" Premyer Liqada rəqabət aparmağa hazırdır. Təbii ki, taktiki baxımdan üzərində işləməli olduğumuz məqamlar var. Amma bu, demək olar ki, bütün komandalar üçün keçərlidir. Yeni mövsümə böyük motivasiya və yüksək əhval-ruhiyyə ilə hazırlaşırıq".

Mirbağırağa
 

Xəbər xətti