Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir oyunçu ilə güclənib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin sabiq futbolçusu Namiq Ələsgərov yenidən kluba qayıdıb. 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “sarı-göylər”in formasını geyinəcək.
Namiq Ələsgərov son mövsümdə “Zirə”nin heyətində çıxış edib. 2015/2016-cı il mövsümünün ikinci yarısında “Kəpəz”in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namiq Ələsgərov Azərbaycan millisinin də formasını geyinib.
saytlarin hazirlanmasi
