İndoneziya və Malayziya yığmalarının müdafiəçiləri “Qarabağ”ın TRANSFER SİYAHISInda

14:42 - 9 Avqust 2026

“Qarabağ”ın transfer radarında olan daha iki futbolçunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bunlardan biri İndoneziya yığmasının mərkəz müdafiəçisi Castin Hubnerdir.

Peşəkar karyerasına İngiltərənin “Vulverhempton” klubunda başlamış 22 yaşlı futbolçu bir müddət “Çerezo Osaka”da icarədə olub.

2025-ci ildən bəri isə o, “Fortuna” (Sittard, Niderland) klubunun formasını geyinir. Hubner İndoneziya yığmasında 21 oyun keçirib, 1 qol vurub.

Ağdam klubunun maraqlandığı digər müdafiəçi Dion Kolsdur.

Malayziya yığmasının üzvü peşəkar karyerasına Belçikanın “Leuven” klubunda başlayıb. 30 yaşlı futbolçu “Brügge”, “Midtyulland”, “Sulte Varegem”, “Yablonets”, “Buriram Yunayted” kimi klublarda da çıxış edib.

2025-ci ildən Yaponiyada “Çerezo Osaka”da forma geyinən müdafiəçi vaxtilə Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etsə də, 2021-ci ildən Malayziya millisinin formasını geyinir. O, yığmada 38 oyuna 6 qol vurub. (Sportinfo)

Xəbər xətti