"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirildi - fransalılar gəlir

14:50 - 7 Avqust 2026

UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin "Sabah"la "Orhus" arasında keçiriləcək cavab matçının hakimləri dəyişdirilib.

Sportal.az xəbər verir ki, daha əvvəl oyunu Portuqaliyadan olan Joau Pineyrunun rəhbərlik etdiyi hakimlər briqadasının idarə edəcəyi açıqlanmışdı.

Lakin UEFA sonradan təyinatlarda dəyişiklik edib. Görüşün baş hakimi fransalı Villi Delajo olacaq. Ona yan xətlərdə həmyerliləri Ervan Fenjan və Valentin Evrard köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Erik Vattellye yerinə yetirəcək. VAR-da Bastyen Deşepi, AVAR-da isə Nikolya Renvil əyləşəcək.

Qeyd edək ki, "Sabah" - "Orhus" qarşılaşması avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasında Danimarkada baş tutan ilk matç meydan sahiblərinin 261 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti