"Everton" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Arsenal"dan Kristiaan Nyorqoru transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Everton" danimarkalı futbolçu üçün London klubuna 8 milyon avro təzminat ödəöyib. 32 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Arsenal" Kristian Nyorqoru 2025-ci ilin yayında "Brentford"dan transfer edib. Təcrübəli oyunçu "topçular"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
