"Bayer"in müdafiəçisi yeni mövsümdən La Liqa klubunda çıxış edəcək

23:23 - 3 Avqust 2026

Leverkuzen "Bayer"inin müdafiəçisi Abdoulaye Faye icarə əsasında "Selta"ya keçib.

Sportal.az xəbər verir ki, Almaniya klubu seneqallı futbolçunu 2025-ci ilin yayında heyətinə qatmışdı. O, ötən mövsümü icarə əsasında "Loryan"da keçirib.

Qeyd edək ki, Faye Fransa Liqa 1-də “Loryan”ın heyətində 17 oyunda meydana çıxıb. İndi isə o, ardıcıl ikinci dəfə icarə əsasında başqa klubun formasını geyinəcək.

Xəbər xətti